İspaniyanın "Atletiko" klubunun hücumçusu Joao Feliks zədəsini tam sağaldıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Portuqaliyalı futbolçu La Liqanın 38-ci turu çərçivəsində "Real Sosyedad"la qarşılaşmada meydana çıxa biləcək.
 
Qeyd edək ki, 20 yaşlı futbolçu "Atletiko"nun son üç oyununu zədə səbəbindən buraxmalı olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest