Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə "Arsenal" "Mançester Siti" ilə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Digər finalçının adına "Mançester Yunayted" – "çelsi" görüşündə aydınlıq gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.
 
Beləliklə, avqustun 1-də keçiriləcək final görüşündə iki paytaxt klubu - "Arsenal"la "çelsi" üz-üzə gələcək.
 
İngiltərə Federasiya Kuboku
Yarımfinal
18 iyul
 
Arsenal – Mançester Siti 2:0
Qol: Obameyanq, 19; 71.
 
19 iyul
 
Mançester Yunayted – çelsi 1:3
Qol: B.Fernandes, 85-pen – Jiru, 45+11. Mount, 46. Maquayr, 74-öz qapısına. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest