Bu gün futbol üzrə İspaniya La Liqasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, son turun bütün qarşılaşmaları eyni gündə oynanılıb.
 
Turnir cədvəlinin 2-cisi "Barselona" açılış matçında səfərdə "Alaves"lə qarşılaşıb və 5 cavabsız qola sevinib. çempion "Real" isə səfərdə "Leqanes"lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. "Leqanes" bu xal itkisinə görə elitayla vidalaşan sonuncu komanda olub. Daha öncə "Espanyol"la "Malyorka" da elita ilə vidalaşmışdı.
 
İlk dörd pillədə qərarlaşan "Real", "Barselona", "Atletiko" və "Sevilya" UEFA çempionlar Liqasına vəsiqə qazanıbsa, "Vilyarreal", "Real Sosyedad" və "Qranada" Avropa Liqasında iştirak hüququ əldə edib.
 
İspaniya La Liqası
38-ci tur
19 iyul
 
Alaves – Barselona 0:5
Qol: Fati, 24. Messi, 34; 75. L.Suares, 44. Semedo, 57.
 
Valyadolid – Betis 2:0
Qol: Qvardiola, 45+1. Plano, 63.
 
Vilyarreal – Eybar 4:0
Qol: Zambo, 71. Moreno, 86; 89. M.Qomes, 90+4.
 
Atletiko – Real Sosyedad 1:1
Qol: Koke, 30 – Yanuzay, 87.
 
Espanyol – Selta 0:0
 
Qranada – Atletik 4:0
Qol: Soldado, 29. Puertas, 56. C.Fernandes, 67. Montoro, 90+3.
 
Leqanes – Real 2:2
Qol: Gil, 45+1. Assale, 79 – S.Ramos, 9. Asensio, 52.
 
Levante – Xetafe 1:0
Qol: Koke, 90+9.
 
Osasuna – Malyorka 2:2
Qol: Adrian, 21. İ.Peres, 68 – Aqbenyenu, 45+1. Budimir, 65.
 
Sevilya – Valensiya 1:0
Qol: Regilon, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest