Bu mövsüm çempionlar Liqasının (çL) pley-off mərhələsindən etibarən VAR sistemindən istifadə ediləcək. Matç.az saytı xəbər verir ki, bu qərar UEFA-nın İcraiyyə Komitəsinin Dublində keçirilən iclasında təsdiqlənib.
 
VAR-ın hakimlərin işini asanlaşdırdığını düşünən komitə fevral ayından etibarən çL-in 1/8 final mərhələsindən bu sistemdən istifadəni məqsədəuyğun bilib. Həmçinin Bakıda keçiriləcək Avropa Liqasının, Portuqaliyada təşkil ediləcək Millətlər Liqasının və İtaliyada baş tutacaq U-21-lər arasında Avropa çempionatının final oyununda VAR-a ehtiyac duyulacaq. Bundan başqa gələnilki UEFA Superkubokunda da referilər bu sistemdən yararlanacaqlar.
 
Gələn mövsüm çempionlar Liqasında (qrup mərhələsindən başlayaraq), eyni zamanda AVRO-2020, Avropa Liqası-2020-21, Millətlər Liqası-2021-də və bu mövsüm futzal üzrə çempionlar Liqasının finalında da VAR-da istifadə təsdiqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest