İngiltərənin "Uotford" klubu baş məşqçisi Naycel Pirsonla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
 
Komandaya müvəqqəti olaraq Hayden Mullins baş məşqçilik edəcək. "Uotford" Premyer Liqada 34 xalla 17-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest