Boliviya Futbol Federasiyasının prezidenti Sesar Luis Salinas Sinka vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Salinas 58 yaşında ölüb. Mərhum funksionerin ölüm səbəbi açıqlanmayıb, ancaq Salinas son olaraq koronavirusa yoluxduğu üçün vəziyyəti ağırlaşmış və süni tənəffüs aparatına qoşulmuşdu.
 
Sesar Luis Salinas Sinka 2018-ci ildən Boliviya Futbol Federasiyasına rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest