"Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, Rəşad Sadıqovu baş məşqçi postuna gətirən qəsəbə təmsilçisi legionerlərdən Alvaro Ampuero ilə də vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsinin müddəti başa çatan perulu futbolçu ilə yeni sözləşmə imzalanmayıb. "Zirə" Ampueroya komandaya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.
 
"Zirə" bu yay Elvin Məmmədov, Emil Balayev, Cavid Hüseynov, Anastasios Papazoğlu, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqrudca, Adrian Skarlatake, Nicat Süleymanov, Rafael Məhərrəmli, Riçard Qadze, Mfo Kqasvane və Bəxtiyar Həsənalızadə ilə də yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest