Futbol üzrə Almaniya Bundesliqasının oyunlarına təyinat alan Dəniz Aytəkin 2019/20 mövsümünün ən yaxşı hakimi seçilib.
 
Matc.az xəbər verir ki, 41 yaşlı referi futbolçular arasında keçirilən "İlin hakimi" sorğusunda 43,3 səs toplayaraq 1-ci olub. O, 2-ci yeri tutan Manuel Qröfü 13 səs fərqi ilə qabaqlayıb.
 
Qeyd edək ki, türk əsilli FİFA kateqoriyalı referi ötən mövsüm də "İlin hakimi" seçilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest