İspaniyanın "Sevilya" klubu icarə əsasında bu komandada çıxış edən Susonu birdəfəlik transfer edib. 
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
İtaliya təmsilçisi "Milan"dan transfer olunan 26 yaşlı ispan yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 
 
Transferin məbləği açıqlanmayıb, lakin "Sevilya"nın bu keçid üçün 21 milyon avro ödədiyi iddia olunur. 
 
Qeyd edək ki, Suso cari mövsüm bütün turnirlər daxil olmaqla 19 matçda meydanda olub və 1 qol vurub. O, daha öncə "Liverpul", "Almeriya", "Cenoa" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest