Fransanın "Sent-Etyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc yarımmüdafiəçi Adil Auşişi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. PSJ-dən ayrılan 18 yaşlı fransız futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
 
Auşiş 2014-cü ildən PSJ-nin aşağı yaş qrupu üzrə komandalarında çıxış edirdi. O, Paris təmsilçisi ilə bu yay başa çatan müqaviləsini yeniləməkdən imtina etmişdi. O, sözügedən klubun əsas komandasında indiyə qədər 3 rəsmi oyuna çıxıb, 1 qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest