İspaniyanın köklü klubu "Deportivo" üçüncü liqaya düşüb. Matc.az xəbər verir ki, 1999-2000 mövsümündə ölkə çempionluğu yaşamış komanda Sequndanı tərk edib.

La Koruna təmsilçisi sonuncu dəfə 40 il öncə Sequndadan aşağı liqada mübarizə aparıb. "Deportivo" ilə yanaşı, "Rasinq" "Numansia" və "Estremadura" klubları da üçüncü liqaya yuvarlanıb.

"Xueska" və "Kadiz" komandaları isə növbəti mövsümdən La Liqada çıxış edəcəklər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest