"Neftçi" daha bir futbolçunu "Keşlə"yə icarəyə verib. Matc.az "Neftçi TV"yə istinadən xəbər verir ki, Turan Vəlizadə növbəti mövsümdən "qırmızılar"ın heyətində çıxış edəcək.

Məlumata görə, 19 yaşlı futbolçu "Keşlə" ilə bir illik müqavilə imzalayıb. Turan "Neftçi"də keçirdiyi 2 ildə 2 dəfə əsas komandada çıxış edib.

Qeyd edək ki, daha öncə Rəhman Hacıyev də "ağ-qaralar"dan "Keşlə"yə icarəyə verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest