ABŞ-ın "Los Anceles Qalaksi" klubunda forma geyinən Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.
 
Matc.az xəbər verir ki, çiçarito ləqəbli futbolçu ötən həftə məşq edərkən sağ ayağından zədə alıb.
 
Meksikalı futbolçu ətraflı müayinədən keçib və onun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı üzə çıxıb. Bu barədə 32 yaşlı hücumçunun klubu məlumat yayıb.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest