Almaniya çempionu "Bavariya" gənc futbolçusu Lukas May ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
20 yaşlı alman müdafiəçi ilə yeni anlaşmanın müddəti 2023-cü ilin 30 iyununa qədərdi.
 
"Bavariya" öz yetirməsi olan futbolçusunu "Darmştadt" klubuna icarəyə verib. May növbəti mövsümün sonuna qədər 2-ci Bundesliqa klubunda çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest