"Özümü ona görə xoşbəxt hiss edirəm ki, ətrafımda məni anlayan insanlar var. Yaşadığımız dövr hamımızı sınayır. Bəziləri üçün bu sınaq ədalətsiz və öhdəsindən gəlmək çətin olur"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "çelsi" oyunu öncəsi mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bir daha 30 ildən sonra gələn çempionluq barədə danışıb:

"özümü ona görə xoşbəxt hiss edirəm ki, ətrafımda məni anlayan insanlar var. Yaşadığımız dövr hamımızı sınayır. Bəziləri üçün bu sınaq ədalətsiz və öhdəsindən gəlmək çətin olur. Bilirəm ki, sevinclərin az olduğu bir dövrdə yaşayırıq. Ancaq "Liverpul" ailəsinin bu mövsüm özünü  xoşbəxt  hiss etdiyini düşünürəm. Əminəm ki, bu gün 30 illik həsrəti bitirdikdə xüsusi hisslər yaşayacağıq. Əgər ortada nəticə varsa, bu, klubun və bizim oyunumuzun əməyidir. çünki biz buna layiqik".

Qeyd edək ki, bu gün Premyer Liqanın 37-ci turu çərçivəsində keçiriləcək "Liverpul" – "çelsi" oyunun ardından "qırmızlar"a çempionluq kuboku təqdim ediləcək. Görüş Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest