UEFA prezidenti Aleksandr çeferin avrokubok oyunlarında azarkeşlərin nə vaxt iştirak edəcəyi barədə danışıb. Matc.az xəvər verir ki, qrum rəhbəri buna hələ tələsmədiklərini bildirib:

"Futbolun bütün Avropaya qayıtmasından məmnunam. Mövsümün bir hissəsini milli çempionatların tamamlanmasına imkan yaratmaq üçün bağışladıq. Liqalar qərarımızı təsdiqlədi. Azarkeşlərin avrokubok oyunlarında iştirakına gəlincə, hələ risk etmək fikrində deyilik. Əlavə təlimatları gözləyəcəyik. İnsanları lazımsız risklərə məruz qoymağa ehtiyac yoxdur. Diqqətli olmaq lazımdır".

Xatırladaq ki, çempionlar Liqasının ¼ final mərhələsi Portuqaliyada, Avroliqanın isə bütün görüşləri Almaniyada keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest