İspaniyanın "Barselona" klubunun futbolçuları istirahətə buraxılıb.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Kike Setyen futbolçulara bir həftəlik istirahət verib. Oyunçular iyulun 28-də məşqə qayıdacaqlar.
 
"Barselona" La Liqada son mövsümü ikinci sırada tamamlayıb. Kataloniya təmsilçisi avqustun 8-də, "Kamp Nou"da "Napoli" ilə çempionlar Liqasının 1/8 finalının cavab oyununa çıxacaq. Komandalar arasındakı ilk matç qollu bərabərliklə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest