İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2020/21 mövsümünün sonuna qədər "Qranada"nın uğurları üçün çalışmağa davam edəcək.
 
Qeyd edək ki, Soldado 2019-cu ilin yayından formasını geyindiyi "Qranada"da 2019/20 mövsümü ərzində 39 oyuna çıxıb. O, bu oyunlarda 7 məhsuldar ötürmə müəllifi, eləcə də vurduğu 11 qolla komandanın bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest