"Klubla müqavilə bağlayanda heç kimə əsas heyət üzvü olmaq zəmanəti verilmir. Mən Hanneslə bağlı danışdıqlarımı xatırlayıram. Hər gün məşqlərdə çalışıram, dediklərimi etməyə çalışıram"

"Oyuna yaxşı başladıq. Bunun nəticəsi olaraq hesabı da açdıq. Rəqib hesabı bərabərləşdirdikdən sonra bizə çətinlik yaratmağa başladılar. İlk hissədə nəzarət bizim əlimizdə idi. Lakin bizə çətinlik yaratdılar. İkinci hissədə isə oyunu tamamilə nəzarətə aldıq. Bu, tabloda da öz əksini tapdı". Matç.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva deyib.

Topaz Premyer Liqasının XIII turunda "Keşlə" ilə qarşılaşan ağdamlılar 5:1 hesablı qələbə qazanıblar.

- Avrokubok oyunlarında həm siz, həm də Halldorson nəticəyə təsir edən səhvlərə yola verdiniz...

- Siz məndən səhvlər gözləmədiyinizi dediniz. Mən də Braziliyanın Oliver Kanın səhvindən sonra qol vuracağını və dünya çempionu olacağını gözləmirdim. Hər kəs səhv edir. Futbolçunun belə səhvlərdən sonra ayağa qalxması vacib amildir. Yaxşı olanda, yaxşı futbol sərgiləyəndə hamı səni alqışlayır. Böyük futbolçu həmin səhvlərdən sonra ayağa qalxmağı bacarmalıdır. Əsl xarakter odur!

- Səhvlərdən sonra heyətdən kənarda qalacağınızı düşündünüzmü?

- Mən heç vaxt özümə inamı itirmirəm.  Bu gün böyükhesablı qələbə qazansaq da, qol buraxdığımıza görə məyusam. Hər qarşılaşmadan sonra öz çıxışımı təhlil edirəm və növbəti dəfə həmin səhvi etməməyə çalışıram. Məni tanıyanlar peşəkar olduğumu bilirlər.

- "Qarabağ"a təzə gələndə iddialı idiniz, Halldorsonu ehtiyatda saxlayacağınızı demişdiniz. Amma bu gün özünüz heyətə düşməkdə çətinlik çəkirsiniz...

- Klubla müqavilə bağlayanda heç kimə əsas heyət üzvü olmaq zəmanəti verilmir. Mən Hanneslə bağlı danışdıqlarımı xatırlayıram. Hər gün məşqlərdə çalışıram, dediklərimi etməyə çalışıram. İnsanlar dərk etməlidir ki, səhvlər hər zaman futbolun bir parçası olacaq. Əsas odur ki, futbolçu bu çətinliklərin öhdəsindən gəlməyi bacarsın.

- Komanda ardıcıl 5 ildir çempion olur. Bu dəfə alınmasa, bunda özünüzü günahkar sayacaqsınız?

- Əlbəttə, özümü günahkar hesab edərəm. Mən "Eştoril"in heyətində Portuqaliya ikinci liqasının qalibi olmuşam. çempionluq üçün alışıb-yanıram, içimdə o yanğı var. Sənin dünya, İspaniya və Azərbaycan çempionu olmağın fərq etmir. Titul həmişə titul olaraq qalır. 

- "Qarabağ"ı "Arsenal"la çox ağır oyun gözləyir. Sizcə həmin oyunda qapını kim qorumalıdır?

- Əlbəttə, özümü hazır hesab edirəm. Belə çətin oyunların iştirakçısı olmuşam. Ancaq bu işi məşqçinin üzərinə buraxmaq lazımdır. Şahruddin yaxın zamanlarda Azərbaycanın ən yaxşı qapıçısı olacaq. çünki o, əziyyət çəkir. Mən də onun yolunu keçmişəm, gənc olmuşam. ümumiyyətlə, qapıçıların işi hər zaman çətin olur. Yalnız "Atletiko"nun qapıçısı Yan Oblakı bu siyahıdan çıxarmaq olar. Onun ulduzu tez parlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest