"Sampdoria"nın baş məşqçisi Klaudio Ranieri klubda qala bilər.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik 68 yaşlı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır.

Ranierinin də klubda qalmaq istədiyi bildirilir. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, komanda 35 turdan sonra 41 xalla 14-cü sıradadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest