17 yaşlı filippinli futbolçu Anyana Bautista vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə Filippin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bautistaya bir ay əvvəl ensefalomielit diaqnozu qoyulmuşdu. Bu xəstəlik beyin və onurğa beynin geniş yayılmış iltihabıyla xarakterizə olunur.
 
Daha sonra koronavirusa yoluxan Bautistanın vəziyyəti ağırlaşıb və vəfat edib.
 
Mərhum futbolçu Filippinin "Nomads" klubunda çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest