"Arsenal"ın futbolçusu Bukayo Saka yeni mövsümdə forma nömrəsini dəyişəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb. Saka, 2020/21 mövsümündə 7 nömrəli formanı geyinəcək.
 
"Arsenal"ın yetirməsi olan 18 yaşlı futbolçunun hazırkı forma nömrəsi 77-dir. London klubunda 7 nömrəli forma boşdur.
 
Saka bu mövsüm "Arsenal"la 26 oyunda iştirak edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest