Niderlandın "Ayaks" klubu gənc hücumçusu Naci ünüvarla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən, 17 yaşlı hücumçu 2022/23 mövsümünün sonuna kimi Niderland təmsilçisində çıxış edəcək.
 
Qeyd edək ki, "Ayaks"ın öz yetirməsi olan ünüvar Niderlandın U-17 millisinin də şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest