Ukrayna Premyer Liqasında Avropa Liqasına sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" pley-offun yarımfinal mərhələsi çərçivəsində bu gün "Mariupol"la qarşılaşıb.
 
üç qolun qeydə alındığı matç "Mariupol"un qələbəsiylə yekunlaşıb – 2:1. Beləcə, bu komanda finala vəsiqə qazanıb. "Aleksandriya" isə Avroliqaya vəsiqə şansını itirib.
 
Qeyd edək ki, Paşayev də bu görüşün iştirakçısı olub. Son dövrlər zədə səbəbindən oynaya bilməyən millimizin üzvü bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest