Almaniyanın "Volfsburq" klubunun müdafiəçisi Kevin Mbabuda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Ondan götürülən koronavirus testinin nəticəsi müsbət olub. Digər oyunçuların, texniki heyətin, eləcə də klubun digər işçilərinin analizləri təmiz çıxıb.
 
Mbabunun vəziyyətinin yaxşı olduğu bildirilir. Buna baxmayaraq, 25 yaşlı futbolçu xüsusi nəzarətə götürülüb.
 
İsveçrə yığmasının üzvü 2019-cu ilin aprelindən "Volfsubrq"un uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest