Türkiyənin "Göztəpə" klubu portuqaliyalı qapıçısı Beto ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bəyan edərək hər kəslə vidalaşıb. Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.
 
Portuqaliya yığmasının sabiq qapıçısı "Göztəpə"yə Lissabon "Sportinq"indən gəlmişdi. O, karyerası ərzində "Sevilya", "Braqa", "Portu", "çFR Kluj", "Leyksoeş" kimi klubların da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest