Bir neçə ay əvvəl koronavirusa qalib gələn Maruan Fellani çin Super Liqasında çıxdığı ilk oyunda 3 qol vurub.
 
Matc.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin formasını geyindiyi "Şandun Lunen" klubu ilk turda səfərdə "Dalyan"la qarşılaşıb.
 
Görüş "Şandun Lunen"in 3:2 hesablı qələbəsiylə başa çatıb. Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.
 
Fellaini mayda koronavirusa yoluxmuş və daha sonra sağalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest