Futbol üzrə Moldova çempionatında 6-cı turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə lider Tiraspol "Şerif"i ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:6.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
6 turdan sonra 9 xalı olan "Dinamo-Avto" 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest