"Yuventus"un idman direktoru Fabio Paratiçi Paulo Dibala ilə müqavilə yeniləmək niyyətində olduqlarını açıqlayıb. Matc.az xəbər verir ki, klub rəsmisi oyunçu ilə danışıqların davam etdiyini söyləyib.

O bildirib ki, klub Dibala ilə davamlı əlaqədədir. Paratiçi futbolçu ilə danışıqların inkişaf mərhələsində olduğunu sözlərinə əlavə edib.

26 yaşlı argentinalının "Yuventus"la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Klub bu müddəti 2024-cü ilə kimi uzatmaq istəyir. Yeni sözləşməyə əsasən, Dibala ildə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, hücumçu cari mövsüm A Seriyasında 33 matç keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest