"Liverpul"un futbolçusu Deyan Lovren karyerasını  Rusiya davam etdirəcək. Matc.az xəbər verir ki, təcrübəli oyunçu "Zenit"lə razılığa gəlib.

Məlumata görə, Sankt-Peterburq təmsilçisi 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Xorvatiyalı futbolçu 2014-cü ildə "Sauthempton"dan "Liverpul"a keçmişdi.

Qeyd edək ki, Lovren başa çatan mövsüm Premyer Liqada 10 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest