"Zirə" heyətinə daha bir futbolçu qatıb.
Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ayxan Süleymanlı müqavilə imzalayıb.
16 yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub. Ayxan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyur.