Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Sebastyan Höness çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Bavariya"nın ikinci komandasını çalışdıran sözügedən mütəxəssislə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. O, Münhen klubunun sabiq prezidenti üli Hönessin qardaşı oğludur.
 
Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2019-cu ilin yayından "Bavariya"nın əvəzedicilərinə rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest