"Mançester Siti"nin "Valensiya"nın futbolçusu Ferran Torresi heyətinə qatmağa hazırlaşır.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" 20 yaşlı futbolçunun keçidini tamamlamağa yaxındır.
 
Məlumata görə, klub futbolçuyla şəxsi razılıq əldə edib. Torres artıq ingilislərin 5 illik müqavilə şərtini qəbul edib. Klublar arasında isə transfer məbləği ilə bağlı razılığın hələ ki, əldə olunmadığı bildirilir. İspan futbolçunun transferinin 30-35 milyon funt-sterlinqə başa gələcəyi gözlənilir.
 
Torresin "Valensiya" ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest