"Yuventus" İtaliya A Seriyasının 36-cı turunda "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, bu, "qoca sinyora"nın ardıcıl 9-cu çempionluğu olub.
 
Bununla da, "Yuventus" yeni rekorda imza atıb. Turin klubu Avropanın "böyük beşlik" çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub. özünün keçənilki nəticəsini yeniləyən "Yuventus", həmçinin bu mövsüm 8-ci çempionluğunu qazanan "Bavariya"nı da bu göstəricidə geridə qoyub.
 
Bu, "Yuventus"un tarixində 36-cı çempionluğu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest