Futbol üzrə İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində "Mançester Siti" "Norviç"i böyük hesabla məğlub edib – 5:0.
 
Matc.az xəbər verir ki, "şəhərlilər"in futbolçusu Kevin de Breyne bu oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Komandasının ikinci qolunu vuran yarımmüdafiəçi, üçüncü qolun məhsuldar ötürməsinin müəllifi olub. Bununla da, o, cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını 20-yə çatdırıb. Bu göstərici ilə belçikalı futbolçu "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anrinin rekordunu təkrarlayıb. 
 
Anri 2002/03-cü il mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest