Türkiyənin "Kasımpaşa" klubu baş məşqçisi Fuat çapa ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "NTV Spor"a klubun vitse-prezidenti Hilmi öksüz məlumat verib.
 
O, 51 yaşlı mütəxəssislə başa çatan müqaviləni yeniləmədiklərini bildirib. İstefanın maddi səbəblərlə əlaqəli olduğu bildirilib.
 
Qeyd edək ki, Fuat çapanın rəhbərliyi altında çıxdığı 14 matçda 8 qələbə qazanan, 3 heç-heçə edən və 3 dəfə də məğlub "Kasımpaşa" bu mövsüm Super Liqanı 43 xalla 10-cu pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest