İngiltərənin "Tottenhem" klubu gənc müdafiəçisi Cafet Tanqanqa ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
21 yaşlı futbolçu paytaxt klubu ilə 5 illik müqaviləyə imza atıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi.
 
İngiltərənin gənclərdən ibarət yığmasının da üzvü olan Tanqanqa "Tottenhem"in öz yetirməsidi. O, geridə qalan mövsümdə London təmsilçisinin heyətində 13 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest