"Real"ın hücumçusu Mariano Dias koronavirusa yoluxub. Matc.az "Football-espana" nəşrinə istinadən xəbər verir ki, oyunçunu test nəticəsi müsbət cavab verib.

"Real"ın hücumçusu Mariano Dias koronavirusa yoluxub. Matc.az "Football-espana" nəşrinə istinadən xəbər verir ki, oyunçunu test nəticəsi müsbət cavab verib.

Klub hələlik məlumatı təsdiqləməyib. Ancaq Diasın infeksiyaya yoluxduğu bildirilir.

Futbolçunun avqustun 7-də çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Mançester Siti"yə qarşı görüşü buraxacağı vurğulanıb.

Qeyd edək ki, ispaniyalı forvard cari mövsüm Madrid klubun heyətində 7 görüş keçirib və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest