İtaliyanın "Yuventus" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun "Sampdoriya" ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.
 
Argentinalı yarımmüdafiəçinin çempionlar Liqasının Lion "Olimpik"i ilə matçda da iştirakı sual altındadır.
 
çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Yuventus" – "Olimpik" (Lion) matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada Lion "Olimpik" minimal hesablı qələbə qazanıb – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest