AFFA-nın Klublar Komitəsinin idarəcilik sistemi dəyişib. Matç.az saytı xəbər verir ki, buna komitənin bu gün keçirilən yığıncağında qərar verilib.

"Bulvar otel"də keçirilən 2018-ci ilin son iclasında yeni sədrin seçkiləri nəzərdə tutulmuşdu. Belə ki, qurumun tarixinə son sədr kimi düşən "Neftçi"nin prezidenti Kamran Quliyevin komitə rəhbəri kimi səlahiyyəti başa çatır. Onu əvəzləyəcək şəxs klub nümayəndələrinin səsverməsi ilə müəyyənləşməli idi. Lakin komitə katiblik sisteminə keçməyə üstünlük verib.

Quliyev jurnalistlərə açıqlamasında bundan sonra qurumda sədr deyil, katibin olacağını bildirib: "Həmkarlarıma dedim ki, növbəti il üçün namizədliyimi geri götürürəm. Təklif gəldi ki, rəhbər sistemindən katiblik sisteminə keçək. Səs çoxluğu ilə bunu qərara aldıq. Klublar Komitəsində katib funksiyasını daşıyacaq insan bütün inzibati işləri görəcək. çünki indiyə qədər sədrin digər üzvlərdən heç bir üstünlüyü olmayıb".

O, Klublar Komitəsinin katibinin növbəti iclasda müəyyənləşəcəyini söyləyib: "Böyük ehtimalla Zaur Hacıməhərrəmov bu işi icra edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest