Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tərəflər arasındakı görüşdən sonra müqaviləni yeniləməməyə qərar verdikləri diqqətə çatdırılıb. Hamzaoğlu və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
 
Qeyd edək ki, Hamzaoğlu "Gənclərbirliyi"ni 2019-cu ilin noyabrından çalışdırırdı. Onun rəhbərliyi altında komanda mövsümü 36 xalla 18 kollektiv arasında 12-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest