"Mançester Yunayted" qapıçı Dean Henderson ilə müqaviləni yeniləmək istəyir. Matc.az xəbər verir ki, rəhbərlik 23 yaşlı qolkiperə 5 illik sözləşmə təklif edəcək.

Məlumata görə, ingiltərəli oyunçunun hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Henderson son iki mövsümü icarə əsasında "Şeffild Yunayted"də keçirib.

2019/20 mövsümündə Henderson komandasında çıxdığı 40 oyunda 37 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest