Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"la "Sabah" bu gün yoxlama oyununda üz-üzə gəlib.
 
Matc.az xəbər verir ki, bu qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən yarıda qalıb.
 
Belə ki, qarşılaşmanın ilk hissəsindəcə Qəbələyə güclü leysan yağmağa başlayıb. Bu üzdən də tərəflər oyunu yarıda saxlamağa qərar veriblər. Qarşılaşmanın sabah davam etdirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, bu, adıçəkilən komandaların Qəbələdəki hazırlıq prosesində ikinci sınaq matçı idi. "Sumqayıt" "Neftçi"yə böyük hesabla uduzubsa (0:3), "Sabah" "Qarabağ" üzərində əzmkar qələbəyə (2:1) sevinib.
 
Yoxlama matçı
30 iyul
 
Sumqayıt – Sabah 0:0
Qəbələ. Şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest