Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matç.az saytının məlumatına görə, iclasda I divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

XII tur çərçivəsində keçirilən "Zaqatala" – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir edib. Bu səbəbdən İK ona 3 oyunluq cəza kəsib, klubu isə 160 manat cərimələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest