Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, komandanı bundan sonra Mert Nobre çalışdıracaq.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Braziliya əsilli türkiyəli mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Türkiyədə "Fənərbaxça", "Beşiktaş", "Ərzurumspor" klublarının formasını geyinmiş Mert Nobrenin son komandası məhz "Gənclərbirliyi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest