İtaliyalı mütəxəssis Luici Di Byaco baş məşqçisi olduğu SPAL klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib.
 
O, A Seriyasının sonuncu – 38-ci turunun "Fiorentina" ilə matçından (1:3) sonra keçirilən mətbuat konfransında klubla vidalaşdığını söyləyib.
 
SPAL A Seriyasında mövsümü 20-ci sırada bitirib və elitanı tərk edib. Di Byaco bu ilin fevralından SPAL-ı çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest