Klubun mətbuat xidmətinə açıqlama verən Nadiri mütəxəssisi postunda saxladıqlarını qeyd edib: "İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub".

Gəncənin "Kəpəz" klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.
 
Matc.az xəbər verir ki, bunu I divizion təmsilçisinin icraçı direktoru İlqar Nadiri açıqlayıb.
 
Klubun mətbuat xidmətinə açıqlama verən Nadiri mütəxəssisi postunda saxladıqlarını qeyd edib: "İlk olaraq baş məşqçi məsələsini həll etmişik. ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub.
 
O, qarşıdakı çempionatda da "Kəpəz"i çalışdıracaq. Vahabzadə də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest