Növbəti mövsümdə İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sonuncu vəsiqə "Fulhem"ə qismət olub.
 
Sözügedən komanda çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 hesabı ilə məğlub edərək buna nail olub.
 
Beləliklə, "Fulhem" bir ildən sonra yenidən elitaya qayıdıb.
 
Xatırladaq ki, komanda 2018/19 mövsümündə Premyer Liqanı 19-cu pillədə başa vurduğu üçün yüksək liqanı tərk etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest