Sabah futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Matç.az saytı xəbər verir ki, cəmi 12 komandanın mübarizə aparacağı yarış 1/8 finalla başlayacaq.

Bu raundun 4 cütü bir qarşılaşmadan ibarət duellərdə 1/4 finalçıları müəyyənləşdirəcək. 1/8 final oyunlarının hamısı sabah keçiriləcək.

Bu raundda Topaz Premyer Liqası klubları I divizion təmsilçilərini sınağa çəkəcək. Elita klubların bütün cütlərdə aşkar favoritdi. Evdə oynayacaq aşağı liqa klublarından hər hansının turu keçməsi möcüzə sayılacaq.

İlk üç oyuna saat 13:30-da start veriləcək. Bu matçlardan ikisi paytaxtdan kənarda keçiriləcək. "Sabah" Ağsuda eyniadlı komandanı sınağa çəkəcək. "Səbail" isə Gəncədə "Kəpəz"in qonağı olacaq.

Digər iki görüş Bakıda baş tutacaq. "Qaradağ Lökbatan" "Sumqayıt"la oyunda qüvvəsini sınayacaq. Sonuncu 1/4 finalçı isə günün yeganə paytaxt derbisində bəlli olacaq. "Keşlə" səfərdə "Şüvəlan"la üz-üzə gələcək. Bu qarşılaşma digərlərindən gec – saat 17:00-da başlayacaq.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada ilk 4 yeri tutan "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə" kuboka birbaşa 1/4 finaldan başlayacaq. 1/8 final mərhələsində bu komandaların rəqibləri bəlli olacaq.

Azərbaycan kuboku

1/8 final

6 dekabr (cümə axşamı)

13:30. "Ağsu" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Ağsu şəhər stadionu

13:30. "Kəpəz" – "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Azad Mütəllimov 
AFFA nümayəndəsi: Ələddin Ələkbərov 
Gəncə şəhər stadionu

13:30. "Qaradağ Lökbatan" – "Sumqayıt"
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Ramiz Əsədov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan" – "Keşlə"
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov   
"AZAL Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest