Türkiyə kubokunda 5-ci mərhələyə start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" "Hatayspor"u qəbul edib.

Görüş paytaxt klubunun qələbəsi ilə nəticələnib. "Gənclərbirliyi" 71 və 90-cı diqiqədə vurduğu qollarla əzmkar qalibiyyət əldə edib - 2:1. Matça ehtiyatdan başlayan Dəniz isə yalnız 80-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrn 18-20-si aralığında keçriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest